UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
QOL.az xəbər verir ki, bu, PSJ-nin qapıçısı Canluici Donnarumma olub. O, sorğuda “Bavariya”dan Harri Keyn, “Aston Villa”dan Marko Asensio və Dortmund “Borussiya”sından Emre Canı qabaqlayıb.
Qeyd edək ki, Donnarumma "Liverpul"la görüşdə iki penaltini dəf edərək komandasının 1/4 finala yüksəlməsinə böyük kömək edib. Keyn "Bayer"i 2:0 hesabı ilə məğlub etdikləri matçda bir qol və bir məhsuldar ötürmə edib, Asensio "Brügge"yə 3:0 hesabı ilə qalib gəldikləri matçda iki qol vurub, Emre isə "Lill"lə oyunda (2:1) 1 qol vurub.