AZ

İtaliya sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb

İtaliyanın Neapol şəhəri sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC ) məlumat yayıb.

Bildirilir ki, seysmik hadisə 959 min insanın yaşadığı Neapol şəhərindən 16 km cənub-qərbdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
10
aznews.az

1Mənbələr