AZ

Paşinyandan Araik Arutyunyanla bağlı suala CAVAB

  Sülh müqaviləsində ekstradisiya ilə bağlı maddə yoxdur.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Jurnalistlərin Azərbaycan tərəfindən erməniəsilli şəxslərin (hərbi cimayətlərdə ittiham olunanların – red.) təhvil verilməsi ilə bağlı sualı cavablandıran Baş nazir bu məsələnin danışıqlarda yer almadığını qeyd edib.

“Sülh müqaviləsində nə varsa, artıq var. Vurğulamaq istəyirəm ki, sülh müqaviləsində birtərəfli heç bir məsələ yer almayıb. Orada elə bir mövqe yoxdur ki, Ermənistana aid olsun, lakin Azərbaycana toxunmasın. Buna görə də heç bir anlaşılmazlıq olmasın deyə mən bu sualı cavablandırmayacağam. Sülh müqaviləsində ekstradisiya ilə bağlı maddə yoxdur”, – Paşinyan bildirib.

Daha sonra ona Azərbaycana Naxçıvanı birləşdirəcək ərazi, yaxud yolun verilməsi ilə bağlı sual ünvanlanıb.

“Mən nəinki istisna etmirəm, əksinə, təsdiqləyirəm ki, Ermənistan bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazırdır. Eləcə də Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək yolu. Təbii ki, Ermənistanın ərazi bütövlüyü, müstəqilliyi nəzərə alınmaqla. Bu barədə dəfələrlə danışmışam”, – deyə o cavablandırıb./Globalinfo.az  

Seçilən
0
referans.az

1Mənbələr