Bu yolda sürücülər bir-birini gözləməyə məcburdur.
Xezerxeber.az xəbər verir ki, bura paytaxtın keşlə qəsəbəsinin içərisindən keçən əsas yollardan biridir. Bu yolda vəziyyət sözün əsl mənasənda acınacaqlıdır. Cəmi bir hərəkət zolağından ibarət olan yolda gedib-gələn sürücülər çətin anlar yaşayırlar. Üstəlik bu yol Babək və Heydər Əliyev prospektlərini birləşdirir.
Evlərin vaxtı ilə plansız tikilməsi indi hərəkəti çətinləşdirir. Kim kimə yol verməlidir, üstünlük kimdədir bəlli deyil. İri qabaritli maşın həmin yoldan keçəndə hərəkət tam iflic olur. Üstəlik piyada infrastrukturu da sıfıra bərabərdir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, həmin yolda vəziyyətin normallaşması üçün kompleks tədbirə ehtiyac var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.