Medvedev Fransadakı həyatın nəyi bəyənmədiyini söylədi
Medvedev Fransada sürücülük tərzini bəyənmədiyini deyib.Rusiyalı tennisçi Daniil Medvedev Fransada sürücülük tərzini bəyənmədiyini deyib. Onun sözlərini 20 Minutes sitat gətirir.
“Bu çox konkretdir ki, magistralda üç zolaq olduqda, sağda sürmək lazımdır! Həddindən artıq insan bir-birinə müdaxilə edir və bəzən bu, kifayət qədər təhlükəli vəziyyətlərə gətirib çıxara bilər”, - Medvedev bildirib.
Medvedev bir Böyük Dəbilqə turnirinin qalibi (US Open 2021), beş Böyük Dəbilqə turnirinin (US Open 2019 və 2023, Australian Open 2021, 2022 və 2024) finalçısı, 2020 ATP Finallarının qalibidir. O, həmçinin ATP seriyalı turnirlərdə təklərdə 20 qələbə qazanıb.
aia.az
Tərcümə şöbəsi