AZ

Kurtuanın dönməsinə etiraz edən Kastelsdən gözlənilməz qərar - SON DURUM

“Əl-Kadisiya”nın və Belçika millisinin qapıçısı Kun Kastels "Real Madrid"in qolkiperi Tibo Kurtuanın geri dönməsinə etiraz olaraq yığmanın düşərgəsini tərk etmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, məlumatı "Reuters" yayıb. 

Kun Kurtua sıradan çıxdığı bir il yarım ərzində yığmanın "bir nömrə"si idi. AÇ-2024-də və Millətlər Liqasının son mövsümünün qrup mərhələsində "çərçivə"ni məhz o qoruyub.

Xatırladaq ki, Tibo hələ 2023-cü ildə baş məşqçi Domeniko Tedesko ilə münaqişəyə görə millidə oynamaq istəməmişdi. Daha sonra isə meniskindən aldığı ciddi zədə səbəbindən uzun müddət komandadan kənarda qalıb. Yanvarın 17-də Belçika millisi  Domeniko Tedeskonu baş məşqçi vəzifəsindən azad edib. Onun rəhbərliyi altında belçikalılar AÇ-2024-ü uğursuz keçiriblər (1/8 finalda mübarizədən kənarlaşdırıldılar). Belçika daha sonra İsrailə məğlub olaraq Millətlər Liqasının A qrupunda üçüncü yeri tutub.

Rudi Qarsiya Belçika millisinin yeni baş məşqçisi  təyin olunub. Bundan sonra Kurtua yeni baş məşqçinin onu çağıracağı təqdirdə komandaya qayıtmağa hazır olduğunu bildirib. 

Seçilən
9
fanat.az

1Mənbələr