Suriyanın Dəməşq administrasiyası son münaqişədən sonra ölkənin təhlükəsizliyini gücləndirmək məqsədilə Milli Təhlükəsizlik Şurasının yaradıldığını elan edib.
Milli.Az xəbər verir ki, şura dövlət başçısının sədrliyi ilə fəaliyyət göstərəcək və təhlükəsizlik və siyasi siyasətlərin koordinasiyasına cavabdeh olacaq.
Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin direktoru və prezident tərəfindən təyin ediləcək 2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq. Burada prezidentin dəvəti ilə mütəmadi olaraq və zərurət yarandıqda görüşlər keçirəcək.
Bu addım ölkə daxilində təhlükəsizliyin təmin edilməsi və siyasi stabilliyin qorunması məqsədini daşıyır.
Fidan
Milli.Az