AZ

Ağır xəstəliklə mübarizə aparan türkiyəli məşhur müğənninin vəziyyəti kəskin pisləşdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan məşhur türkiyəli müğənni Tanyelinin səhhəti pisləşib.
Oxu.Az-ın "Haber Global"a istinadən verdiyi xəbərə görə, o, ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub.
Qeyd edək ki, Tanyeli son dəfə fevralın 27-də sosial media hesabında paylaşım edib:
"Məni düşünənlər... Narahat olmusunuz, bunu başa düşürəm və bu mənim üçün yükdür. Xəstəxanadayam, Allah qismət etsə, bu gün - sabah evə buraxılacağam, inşallah. Adətən müalicə üçün qəbul etdiyim dərmanlar yuxu gətirir və mən yatıram, mesajlara cavab verə bilmirəm. Haqqınızı halal edin. Ağrılarım çoxdur və hər kəsə ayrı-ayrılıqda yazmağa, danışmağa gücüm çatmır. Allaha əmanət olun, mənə ən gözəl hədiyyə dualarınızdır", - deyə o paylaşımında bildirmişdi.
Hazırda Tanyelinin müalicəsi davam edir. Ailəsi, yaxınları və sevənləri onun sağalması üçün dua edirlər.
Seçilən
15
oxu.az

1Mənbələr