AZ

"Filmlərə ayrılan pulları yemək üçün hər şeyin ucuzuna qaçırlar"

"Türklərin çəkdiyi serial və filmlər, tarixi, adət-ənənələri, mətbəxi və musiqisi ilə zəngin bir mədəniyyətin təbliğinə xidmət edir. Bu istehsalların beynəlxalq bazarda, xüsusilə də xarici ölkələrdə satılması, onların müvəffəqiyyətini və türk mədəniyyətinin dünyada tanınması istiqamətində atdıqları mühüm addımlardan biridir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi Azərbaycanda isə filmlərə ayrılan büdcənin təyinatı üzrə xərclənmədiyini bildirib:

"Bu seriallar və filmlər yalnız əyləncə məqsədini güdmür, türk cəmiyyətinin köklərinə, mədəniyyətinə və həyat tərzinə dair məlumatı gənc nəslə çatdırır. Məsələn, türk tarixinin vacib anlarını canlandıraraq gənc nəslin öz kimliyini anlamaq və tarixi vəzifələrini yerinə yetirmək mövqeyini gücləndirir.

Türk seriallarının və filmlərinin tarixi, adət-ənənələri, mətbəxi və musiqisini təbliğ etməsi, mədəniyyətin qlobal aləmdə tanıdılması və yayılması baxımından olduqca əhəmiyyətlidir.

Bizdə isə filmlərə ayrılan pulları yemək üçün kinoların çoxunda hər şeyin ən ucuzuna qaçırlar. Nə özümüz baxırıq, nə də xaricə sata bilirik. 

Türklərin dini mövzuda çəkdikləri serialların ssenarisini alimlərlə, imamlarla məsləhətləşib yazırlar. Psixoloqlarla, psixiatrlarla da məsləhətləşib “Masumlar apartmanı” kimi serial ərsəyə gətiriblər. Serialının operator işi, işıq, ssenari, aktrisa və aktyor, rejisor işinin hansının daha yaxşı olduğunu demək çox çətindir. O qədər peşəkarcasına hər kəs çalışıblar ki...".

Seçilən
19
1
demokrat.az

2Mənbələr