AZ

Rusiyada yoxsulluğun səviyyəsi yeni tarixi maksimuma çatıb..?

...Rusiyada 2024-cü ildə gəliri yoxsulluq həddinə çatmayan vətəndaşların faizində 7,2 faizə qədər azalma qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə Federal Dövlət Statistika Xidməti (Rosstat) bildirib.

2024-cü ilin dördüncü rübünün (oktyabr-dekabr) hesabatına görə, yoxsulluq səviyyəsi 15 552 rubl səviyyəsində müəyyən edilib ki, bu da 2023-cü ilin göstəricisindən (14 339 rubl) çoxdur.

Yoxsulluğun səviyyəsinin azalması əmək haqlarının, sahibkarlıq fəaliyyətindən və daşınmaz əmlakdan əldə edilən gəlirlərin artması, həmçinin sosial təşəbbüslərin tətbiqi və sosial ödənişlərin artması ilə əlaqədardır.

2024-cü ilin dördüncü rübündə əhalinin ümumi pul gəlirləri 2023-cü illə müqayisədə 18,4 faiz artaraq 34,1 trilyon rubla çatıb.

Real gəlir 8,6 faiz, sərəncamda qalan real gəlir isə 4,1 faiz artıb. Ötən ilin oktyabr-dekabr aylarında orta aylıq nominal əmək haqqı 100 620 rubl təşkil edib ki, bu da nominal ifadədə 18,8 faiz, real ifadədə isə 9,0 faiz çoxdur.

Təyin edilmiş pensiyaların orta ölçüsü 2023-cü il göstəricisini 7,4 faiz üstələyərək 21 083 rubla çatdı.

Əmək haqqının və ünvanlı sosial dəstəyin artımı əhalinin ən az təminatlı təbəqələrinin gəlirlərinin nominal ifadədə 13,0 faiz artmasına şərait yaratmışdır.

O da bildirilib ki, 2018-ci ildən bəri Rusiyadakı yoxsulluq səviyyəsi 37 faiz azalıb..?

Əli Babayev

Seçilən
7
sia.az

1Mənbələr