AZ

"Qarabağda yaşayan ermənilərə ayrıca seriya nömrəsi verilmişdi" - Qukasyan

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 13-də davam etdirilib.

"Unikal" xəbər verir ki, A.Qukasyan işğal dövründə təmas xəttində baş verən atışmalar, hadisələr ilə bağlı məlumatların ilk olaraq Ermənistan Müdafiə Nazirliyinə verildiyini bildirərək qeyd edib: “Sonra bizə də məlumat verilirdi ki, məlumatımız olsun”.

O, qondarma rejimdə yaşayan erməni sakinlərə Ermənistan pasportu verildiyini söyləyib: “Dağlıq Qarabağ” heç bir ölkə tərəfindən tanınmadığına görə pasportlarımızda “Ermənistan Respublikası” yazılırdı. Lakin orada harada yaşadığı ünvan göstərilirdi: Xankəndidirsə Xankəndi, Ağdərədirsə Ağdərə. Bu pasportlar imkan verirdi ki, insanlar Rusiyaya, Avropaya və digər yerlərə gedə bilsinlər. Ona görə də belə bir qərar qəbul olunmuşdu ki, pasportlar Ermənistanda alınsın. Ermənistan vətəndaşları və Qarabağda yaşayan erməni sakinlərinin istifadə etdikləri pasportlar xarici görünüşünə görə eyni idi. Fərq yalnız seriya nömrələrində idi. Qarabağda yaşayan erməni sakinlər üçün Ermənistan tərəfindən ayrıca seriya nömrəsi verilmişdi.

Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatının aparılmadığını bildirən A.Qukasyan qeyd edib: “Ermənistan vətəndaşlarının Qarabağa gəldikdə və Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana getdikdə qeydiyyat aparılmırdı. Ermənistandan Qarabağa xarici vətəndaşlar gələndə və qayıdanda onların qeydiyyatı aparılırdı. Çox ölkələrdən gəlirdilər. Bir müddət bundan əvvəl “hakimiyyətdə olanlar” bu suallara cavab verə bilərlər. Çox insan - deputatlar, senatorlar, konqresmenlər və digərləri gəlirdilər”.

Seçilən
12
21
unikal.az

10Mənbələr