Qırğızıstan prezidenti Şengen vizasının analoqunun Mərkəzi Asiyada tətbiq edilməsini təklif edib
Mərkəzi Asiya ölkələri əcnəbilər üçün vahid viza tətbiq etməlidir.
“İnterfaks” xəbər verir ki, bu fikri Qırğızıstan prezidenti Sadır Japarov sosial şəbəkələrdə Tacikistanla imzalanmış dövlət sərhədi sazişini şərh edərkən bildirib.
“Bölgədəki bütün ölkələr nəhayət öz aralarında sərhəd məsələlərini həll etdilər. İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejimin, digər ölkələrdən gələn qonaqlar üçün isə Şengen vizası kimi regionun bütün ölkələri arasında sərbəst gediş-gəliş imkanı verən vahid vizanın tətbiqi prosesinə başlamalıdırlar”, - deyə Cəfərov bildirib.Martın 13-də Bişkekdə dövlət səfərində olan Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmon birgə sərhəd haqqında saziş imzalayıb, həmçinin sərhəddə buraxılış məntəqələrinin açılış mərasimində iştirak ediblər.
Qırğızıstan-Tacikistan sərhədi 2021-ci ildə Qırğızıstan və Tacikistan təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmadan sonra bağlanıb.