Bakı. Trend:
Azərbaycan güləşçisi Ziya Babaşov Albaniyanın paytaxtı Tiranadakeçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Trend xəbər verir ki, 63 kq çəki dərəcəsindəçıxış edən idmançımız finalda moldovalı Vitali Yeriomenkoya 1:3hesabı ilə məğlub olub.