AZ

Rutte ABŞ-ı NATO-nu Qrenlandiya məsələsinə sürükləməməyə çağırdı

Rutte ABŞ-ı NATO-nu Qrenlandiya məsələsinə sürükləməməyə çağırdı

NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşdə Şimali Atlantika Alyansını Qrenlandiyanın ABŞ-a mümkün ilhaqı məsələsinə cəlb etməməyə çağırıb.AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rutte bu barədə jurnalistlərə açıqlamasında danışıb. “Qrenlandiyanın ABŞ-a qoşulub-qoşulmayacağı məsələsini bu müzakirədən kənarda qoymağa və NATO-nu bu işə sürükləməməyə üstünlük verərdim” - deyə Rutte bildirib. Eyni zamanda o, Arktikada Rusiya və Çinə qarşı daha fəal müxalif mövqe sərgiləməyə çağırıb.Rutte həmçinin NATO ölkələrini daha çox silah istehsal etməyə səsləyib və Trampa Ukraynadakı barış prosesinin kilidini aça bildiyinə görə təşəkkür edib.

Seçilən
28
6
afn.az

10Mənbələr