AZ

Lukaşenko: "Bu təcrübəsiz oğlanı Qərb müharibəyə sürüklədi"

"Ukraynalılar atəşi dayandırıb danışıqlar masasına çoxdan oturmalı idilər".

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Ukraynalılar çoxdan atəşi dayandırmalı və danışıqlar masası arxasına oturmalı idilər. Ən əsası, biz Vladimir Putinlə amerikalılarla və digər qərblilərlə əlaqə saxlayırıq. Mən həmişə onlara deyirəm ki, siz bu təcrübəsiz oğlanı - Zelenskini müharibəyə sövq etmisiniz", - Belarus lideri deyib.

Lukaşenko qeyd edib ki, o, bir vaxtlar Zelenskiyə hər şeyi açıq şəkildə deyib: "Ona dedim ki, günahkarları indi axtarmayın, biz onları sonra tapacağıq, ölkənizdə müharibə gedir və müharibənin Ukrayna ərazisində getməsinə görə cavab verməli olacaqsınız”.
Seçilən
4
sherg.az

1Mənbələr