AZ

Putinin atəşkəs açıqlamasına Trampdan cavab: Natamamdır!

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə Rusiya lideri Vladimir Putinin Ukraynada atəşkəslə bağlı bəyanatını dəyərləndirib.

Bu barədə “Röyters” məlumat yayıb.

Tramp deyib ki, Putin çox ümidverici bəyanat verib, lakin bu, natamam idi.

O qeyd edib ki, atəşkəsə nail olmaq üçün Rusiya prezidenti ilə danışmağa hazırdır:

“Ümid edirəm ki, Rusiya düzgün addım atacaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün, martın 13-də belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, Rusiya hərbi əməliyyatların dayandırılması təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır. \\Axar.Az

Seçilən
11
1
hurriyyet.az

2Mənbələr