Bakı. Trend:
Belçika polisi Avropa Parlamentinin binasında korrupsiya iləbağlı genişmiqyaslı axtarışlar aparıb.
Trend xəbər verirki, martın 13-də həyata keçirilən əməliyyat çərçivəsində Belçikadaiyirmiyə yaxın axtarış keçirilib. Hüquq-mühafizə orqanları bunun“kommersiya lobbiçiliyi adı altında” aparılan korrupsiyaaraşdırmasının bir hissəsi olduğunu bildirib.
Rəsmi açıqlamaya görə, əməliyyat çərçivəsində bir neçə şəxsaktiv korrupsiya əməllərinə görə dindirilmək üçün saxlanılıb.Belçikadan əlavə, bu iş üzrə Portuqaliyada da axtarış aparılıb.
Belçika Federal Prokurorluğunun məlumatına görə, 2021-ci ildənbəri korrupsiyanın mütəmadi və gizli şəkildə həyata keçirildiyimüəyyən edilib. Qeyd olunur ki, siyasi qərarların şəxsi kommersiyamaraqlarına uyğun yönləndirilməsi üçün yüksək vəzifəli şəxslərəmükafatlar, səfərlər, bahalı yeməklər və hətta futbol matçlarınadəvətlər kimi rüşvət formalarından istifadə olunub.
Hazırda istintaq davam edir və potensial iştirakçıların kimliyiilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, son illərdə Avropa Parlamenti üçüncü ölkələrləbağlı bir neçə korrupsiya qalmaqalına qarışıb.