"ABŞ Prezidenti Donald Trampın Administrasiyası Ukraynada münaqişənin dinc nizamlanması üzrə danışıqların uğur qazanması üçün lazım olarsa, Rusiyaya qarşı ən sərt sanksiyaları tərəddüdsüz tətbiq edəcək".
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent CNBC telekanalına müsahibəsində deyib:
"Bütün bunlar Trampın uğurlu danışıqlar üçün planının bir hissəsidir. O, hər iki tərəfə maksimum dərəcədə təzyiq göstərmək istəyir".
Nazirin fikrincə, ABŞ-nin sabiq Prezidenti Co Bayden və onun administrasiyası ölkədə enerji resurslarının qiymətinin artması əndişəsindən ən sərt anti-Rusiya restriksiyalarını tətbiq etməyiblər.
Mənbə: oxu.az