Avroliqanın müntəzəm çempionatında 28-ci turun oyunları, eləcə də 17-ci turdan təxirə salınan bir qarşılaşma keçirilib.
Həmin qarşılaşmada “Paris”ə, hesabat turunda isə “Milan”a qalib gələn “Fənərbaxça” liderlər qrupunda qərarlaşıb. “Efes”in turnir vəziyyəti isə bir qədər çətindi. Düzdü, “pivəçilər” 28-ci turda evdə aşkar autsayder “Virtus”a qalib gəldi. Bununla belə, onlar hələ 11-ci pillədədi.
Bu arada Avroliqanın müvafiq qurumu “Srvena Zvezda”ya 10 min avro cərimə kəsib. Serbiya klubunun azarkeşləri fevralın 27-də keçirilən “Jalgiris”lə ev oyununda Rusiyayönlü aksiya təşkil etdiyinə görə belə cəzaya məruz qalıb. Serb fanatlar salonda Rusiya bayraqlarını asmaqla yanaşı, “Katyuşa” mahnısını da ifa ediblər.
Ümumiyyətlə, serb azarkeşlərin qitədə “ipəyatmaz” təyininə çox uyğun gəldiyini deməkdə fayda var. Konkret “Srvena Zvezda” Avroliqanın cari mövsümündə 8-cu dəfə cərimələnib. Belqrad klubunun cərimə məbləği 141,5 min avrodu. Sanksiyalar, adətən, fanatların davranışı üzündən tətbiq olunur – onlar pirotexniki vasitələrdən və lazer işığından yararlanır, həmçinin təhqiramiz şüarlar səsləndirir və meydana yad əşya atırlar.
Paris (Fransa) – Monako (Fransa) 79:91 (22:24, 17:20, 14:27, 26:20)
Panatinaikos (Yunanıstan) – Real (İspaniya) 85:70 (24:13, 16:20, 23:20, 22:17)
Milan (İtaliya) – Fənərbaxça (Türkiyə) 76:100 (19:24, 18:29, 19:23, 20:24)
Bavariya (Almaniya) – Srvena Zvezda (Serbiya) 100:82 (20:22, 32:15, 25:18, 23:27)
Baskoniya (İspaniya) – Jalgiris (Litva) 66:65 (18:12, 20:18, 10:13, 18:22)
Efes (Türkiyə) – Virtus B (İtaliya) 89:68 (24:24, 15:18, 22:10, 28:16)
ASVEL (Fransa) – Makkabi T-Ə (İsrail) 95:102 (20:20, 31:33, 21:25, 23:24)
Olimpiakos (Yunanıstan) – Partizan (Serbiya) 82:70 (27:18, 19:14, 18:19, 18:19)
Alba (Almaniya) – Barselona (İspaniya) 85:99 (20:18, 19:23, 25:25, 21:33)
17-ci turdan təxirə salınan oyun: Paris – Fənərbaxça 83:87 (26:16, 19:21, 15:26, 23:24)
Xal durumu: Olimpiakos – 49, Fənərbaxça – 47, Panatinaikos – 46, Monako, Bavariya – 45, Srvena Zvezda – 44, Paris – 44, Partizan, Barselona, Milan – 43, Efes, Real – 42, Jalgiris – 41, Baskoniya - 40, ASVEL – 39, Makkabi T-Ə - 36, Virtus B – 35, Alba – 32.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta