AZ

Tramp Putinlə danışmaq istədiyini deyir

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini deyib.

KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə görüşü zamanı deyib.

“Mən böyük məmnuniyyətlə onunla görüşüb Ukrayna münaqişəsinin dərhal başa çatdırılması barədə danışmaq istərdim”, – Tramp bildirib.

Bundan başqa o, Rusiya ilə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların da normal keçdiyini vurğulayıb.

“Xüsusi nümayəndəm Uitkoff Moskvada ciddi danışıqlar aparır. Deyirlər ki, hər şey yaxşıdır. Ümid edirəm ki, Rusiya düzgün qərar verəcək. Rusiya ilə Ukraynada silahın susdurulması barədə razılıq əldə olunmazsa, bu, bütün dünyanı məyus edəcək“, – Tramp deyib.

Ukraynanın ərazi güzəştləri məsələsinə də toxunan Tramp bu barədə Kiyevlə də danışıqların aparıldığını qeyd edib.

“Vəziyyət elə də qaranlıq deyil. Ukraynanın hansı əraziləri saxlaya biləcəyi, hansıları itirəcəyi ilə bağlı müzakirələr aparırıq. Eləcə də yekun razılaşma ilə bağlı bütün digər məsələlərdən danışırıq. ”, – ABŞ lideri əlavə edib.

Həmçinin o qeyd edib ki, Ukraynada münaqişənin sülh yolu ilə həllində Zaporojye AES-ə nəzarət məsələsi də müzakirə edilir. 

Seçilən
4
konkret.az

1Mənbələr