Bayba Braje Azərbaycan və Ermənistanı sülh sazişinin mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edib.
Latviyanın xarici işlər naziri Bayba Braje Azərbaycan və Ermənistanı sülh sazişinin mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, o, bu barədə ölkənin baş diplomatı sosial şəbəkədə yazıb.
"Yaxşı dostlarımız olan Azərbaycan və Ermənistanı regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan sülh sazişi mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edirik”, – paylaşımda bildirilib.