Bakı. Trend:
Kanada hökuməti ABŞ administrasiyasının polad və alüminiumməhsullarına tətbiq etdiyi idxal rüsumları ilə bağlı ÜmumdünyaTicarət Təşkilatına (ÜTT) rəsmi şikayət ünvanlayıb.
Trend xəbər verirki, bu barədə ÜTT-nin rəsmi saytında məlumat yayımlanıb. Kanadatəşkilatdan Vaşinqtonun Kanadadan idxal olunan müəyyən polad vəalüminium məhsullarına gömrük tarifləri tətbiq etməsi ilə bağlıməsləhətləşmələr aparmağı xahiş edib.
Qeyd edək ki, martın 4-də ABŞ administrasiyası Kanada vəMeksikadan gətirilən demək olar ki, bütün polad və alüminiumməhsullarına 25% idxal rüsumu tətbiq edib. Bundan əlavə, Çindəngələn bəzi mallara tariflər 10%-dən 20%-ə qaldırılıb.
Kanadanın bu addımı iki ölkə arasındakı ticarət münasibətlərindəgərginliyin artdığını göstərir.