AZ

Liberty Media Domenikali ilə müqaviləni uzadıb

F-1.az xəbər verir ki, Domenikali Formula1 biznesinin inkişafında və onun qlobal populyarlığının artmasında əsas rol oynayır, buna görə də Ferrari komandasının keçmiş rəhbəri ilə əməkdaşlığın davam etdirilməsi haqqında qərar tamamilə məntiqi addımdır.

“Biz Stefano ilə müqaviləni uzatmaqdan çox məmnunuq, o, qarşıdakı illərdə öz vəzifəsində qalacaq və Formula1-in idarəetməsində çalışan istedadlı insanlarla birlikdə işləməyə davam edəcək, – deyə Liberty Media-nın yaydığı bəyanatda bildirilib. – Stefano bu biznesə əla rəhbərlik edir, onun uğurlu təməlini möhkəmləndirməklə məşğul olur və həm kommersiya sahəsində, həm də azarkeşlərin daha aktiv cəlb edilməsi baxımından artım tempinin sürətlənməsinə kömək olur”.

59 yaşlı Domenikalinin sözlərinə görə, bu vəzifələrdə qalmaq onun üçün böyük şərəfdir: “Formula1-in bütün əsas səhmdarları ilə birlikdə biz azarkeşlərin maraqları üçün çalışmağa davam edəcəyik, çünki onlar etdiyimiz hər şeyin əsasındadır. Sevdiyim və uşaqlıqdan həyatımın böyük hissəsini tutan bu gözəl idmana rəhbərliyə davam etmək mənim üçün böyük şərəfdir və mən Liberty Media-ya etimadına görə minnətdaram”.

Seçilən
19
f-1.az

1Mənbələr