AZ

Ceyhun Bayramov Vu Honqbo ilə regional məsələləri müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində Çin Xalq Respublikası Hökumətinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi Vu Honqbo ilə görüşüb.

Bu barədə Publika.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığından irəli gələn məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Qlobal Bakı Forumunun bəşəriyyəti narahat edən, habelə daha inklüziv dünya düzəni ilə bağlı məsələlərin müzakirəsi baxımından vacib platforma olduğu qeyd olunub, Azərbaycan tərəfinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edilib.

Nazir Ceyhun Bayramov şinkişaf edən ikitərəfli və çoxtərəfli münasibətlərimizin tarixində xüsusilə ötən ilin Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin təsbit olunması baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib. Strateji tərəfdaşlığımızın bu dinamikasının qorunmasının, habelə əməkdaşlığın genişləndirilməsinin vacibliyi, bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizmindən istifadənin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Çinin daim bir-birilərinin ərazi bütövlüyü, suverenliyinə davamlı dəstək göstərdiyi qeyd olunub və buna görə təşəkkür ifadə edilib.

Seçilən
1
13
publika.az

10Mənbələr