ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə dialoqu bərpa etmək istədiyini bildirib. TASS xəbər verir ki, o, bu barədə Ağ Evdə məlumat verib.
“Əgər mən seçilməsəydim, Hillari Klinton [2016-cı ildə ABŞ prezidenti kimi] seçilsəydi, Şimali Koreya ilə nüvə müharibəsi aparacaqdınız”, - Tramp deyib.
Tramp əlavə edib ki, o və Koreya lideri artıq Sinqapur və Vyetnamda görüşüblər. Onlar yaxşı şəxsi münasibətlər qurublar.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Rusiyanın Ukraynada atəşkəslə razılaşması münaqişənin tam dayandırılmasına gətirib çıxaracaq.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bildirib ki, Rusiya ABŞ-ın Ukraynada 30 günlük atəşkəslə bağlı təklifi ilə razılaşır. Lakin bu qərar, Rusiya liderinin fikrincə, gələcəkdə münaqişənin yenidən başlanması ehtimalı olmadan uzunmüddətli sülhə gətirib çıxarmalıdır.