AZ

Ermənistan və Türkiyənin diplomatik nümayəndələri daim birbaşa təmasdadırlar - Paşinyan

Bakı. Trend:

Ermənistan və Türkiyənin diplomatik nümayəndələri daim birbaşatəmasdadırlar.

Trend xəbər verirki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə KİV-lərinəmüsahibəsində deyib.

“Bu gün Ermənistan ilə Türkiyə arasında birbaşa bir dialoq, çoxaçıq bir ünsiyyət var və əgər münasibətlərimizin əvvəlki dövrününəzərə alsaq, bu, olduqca mühüm bir dəyişiklikdir. Ermənistan vəTürkiyənin diplomatik nümayəndələri daim birbaşa təmasdadırlar”, -o bildirib.

Onun sözlərinə görə, kənardan baxanda bu, konkret bir nəticəkimi görünməyə bilər, lakin onun üçün bu, real bir nəticədir.

“Çünki əvvəllər bir-birimizin baxışlarını dəqiqləşdirməkimkanından belə məhrum idik. “Ankarada nə düşünürlər?” sualınaadətən üçüncü ölkələr vasitəsilə cavab tapmağa çalışırdıq. Eyniqaydada Ankara da əsasən üçüncü ölkələr vasitəsilə İrəvanda nədüşünüldüyünü öyrənirdi. İndi isə, sözün əsl mənasında,nümayəndələrimiz birbaşa zəng edib “Bu məsələ ilə bağlı mövqeyiniznədir?” deyə soruşa bilirlər və bu, çox vacib bir dəyişiklikdir.Bu, son dərəcə mühüm bir irəliləyişdir və bunun konkret nəticələrverəcəyinə əminəm. Bundan əlavə, tərəflər hansı çətinliklərləüzləşdiklərini, hansı problemlərin mövcud olduğunu, hansıməsələlərin əlavə izah tələb etdiyini və baxış bucaqlarının hansımövzularda fərqləndiyini qarşılıqlı şəkildə daha yaxşı anlayırlar.Bunu olduqca vacib bir nailiyyət kimi gördüyümü açıq şəkildə ifadəetməliyəm”, - N.Paşinyan qeyd edib.

Seçilən
9
1
az.trend.az

2Mənbələr