Çorumda Mütəşəkkil Sənaye Bölgəsindəki qida fabrikində baş verən yanğında 4 nəfər tüstüdən zərər çəkib.
Qaziller.az Türkiyə mətbuatına istinadən bildirir ki, qida şirkətinə məxsus fabrikdə naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə bölgəyə çox sayda xilasetmə, Meşə Əməliyyat Müdirliyinə aid su maşınları, jandarma və sağlamlıq qrupları gəlib.
Jandarma qrupları fabrik işçilərini servislərlə təxliyə edərkən, tüstüdən təsirlənən 4 nəfərdən 3-ü xəstəxanaya, 1 nəfərə isə ambulator müalicə göstərilib.
Tamamilə alovlar içində qalan və zaman-zaman partlayışların baş verdiyi fabrikin söndürülməsi üçün qruplar işlərini davam etdirir.
QAZİLER.AZ
