AZ

ABŞ Ciddədə Ukrayna ilə müqavilə imzalamaqdan İMTİNA EDİB

Ukrayna ABŞ ilə Ciddədə mineral ehtiyatlara dair saziş imzalamağa hazır olduğunu bildirsə də, amerikalılar bu barədə düşünmək üçün bir qədər fasilə veriblər.

Qaziler.az bu barədə “RBC-Ukrayna” nəşri mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ nəinki fasilə verib, həm də dərhal daha geniş saziş imzalamağı təklif edib. Əvvəlcə tərəflər çərçivə sazişi, daha sonra isə Ukrayna ilə ABŞ arasında yeraltı sərvətlər üzrə əməkdaşlığın təfərrüatlarını özündə əks etdirən saziş imzalamağı planlaşdırıblar. Lakin imzalanma hələ baş tutmayıb.

QAZİLER.AZ

Seçilən
9
qaziler.az

1Mənbələr