AZ

Trampdan şok: Qrenlandiya ilhaq ediləcək!

Düşünürəm ki, Qrenlandiyanın ilhaqı baş verəcək. Biz bu məsələdə razılığa gəlməli olacağıq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp martın 13-də Ağ Evin Oval kabinetində NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə bildirib.

Tramp hərbi ssenarinin nəzərdən keçirilib-keçirilmədiyini açıqlamayıb, lakin Qrenlandiya ilə bağlı razılığın əldə olunmasının vacibliyini vurğulayıb.

O, həmçinin əlavə edib ki, Qrenlandiya beynəlxalq təhlükəsizlik baxımından ABŞ üçün vacibdir:

"Əvvəllər bu barədə düşünməmişdim, lakin mən bunu böyük təsir gücünə malik biri ilə müzakirə edirəm. Mark, bu, təhlükəsizlik məsələsidir. Sahildə səyahət edən bəzi “sevimlilərimiz” var və diqqətli olmalıyıq”./axar.az

Seçilən
8
1
bakivaxti.az

10Mənbələr