AZ

“Real” rekordu əlində tutur

“Real” Çempionlar Liqasında ən çox 1/4 finala vəsiqə qazanan komanda olub.

Futbolpress.az xəbər verir ki, martın 12-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu “Atletiko” və “Real” arasında keçirilib. Meydan sahibləri 1:0 hesablı qələbə qazansalar da, “kral klubu” ümumi hesab və penaltilər seriyasında qalib gəlməklə tarixdə 40-cı dəfə 1/4 finala yüksəlib.

Yarışmada 1/4 finala çıxma sayına görə “Bavariya” ikinci (34), üçüncü yerdə isə “Barselona” (24) qərarlaşıb.

Çempionlar Liqasının 1/4 finalında Karlo Ançelottinin komandası “Arsenal”la qarşılaşacaq.

Seçilən
14
futbolpress.az

1Mənbələr