AZ

Çoxdan gözlənilən büdcə modeli Chevrolet nümayiş olundu...

...Yeni ucuz Chevrolet Bolt 3-cü nəsil premyera üçün hazırlanır. Müasir seqmentin çoxdan gözlənilən bu büdcə modeli bazara Nissan Leaf-a daha təkmil rəqib kimi qayıdacaq.

SİA-nın məlumatına görə, maşın onlayn göstərilib.

2026 Chevrolet Bolt elektrik avtomobili premyeradan əvvəl TALKWHEELS-də nümayiş etdirilib. Biz yığcam, dəbli hetçbek görürük. Amma artıq məlumdur ki, Bolt 3-cü nəsil modellərinin xətti bir neçə fərqli avtomobillə təmsil olunacaq. Daha praktik bir krossover də daxil olmaqla.

Əlverişli qiymətə Chevrolet elektromobili əvvəllər Malibu sedanının yığıldığı müəssisənin modernləşdirilməsindən sonra Kanzas-Sitidəki Amerika zavodunda istehsal olunacaq. Avtomobil litium dəmir fosfat (LFP) akkumulyatoru ilə təchiz ediləcək.

Bunun sayəsində avtomobilin inkişafı sürətlənəcək və elektromobil ucuzlaşacaq.

Əvvəlcə GM növbəti nəsil modelinin hazırlanmasından imtina etməyi planlaşdırırdı. Lakin Bolta tələbatın artması bazarın yeni avtomobilə ehtiyacı olduğunu göstərdi. Proqnozlaşdırılan qiymət 30.000 dollardan azdır.

Alıcılar gələcəkdə Chevrolet Bolt-un başqa variantını da alacaqlar.

Bu avtomobilin daha da ucuz olacağı gözlənilir.

Nazlı Almuradova

Seçilən
22
sia.az

1Mənbələr