Uolter və Eliza Hall adına Tibbi Tədqiqatlar İnstitutunun tədqiqatçıları 20 ildən artıqdır ki, həll olunmamış bir sirri həll edərək Parkinson xəstəliyi ilə mübarizədə böyük addım atıblar. İlk dəfə olaraq bu neyrodegenerativ xəstəliyin inkişafı ilə bağlı insan zülalının PINK1 strukturu müəyyən edilib.
Redaktor.az xəbər verir ki, tədqiqat "Science" jurnalında dərc olunub.
PINK1, dünyada ən sürətlə inkişaf edən neyrodegenerativ xəstəlik olan Parkinson xəstəliyi ilə əlaqəli bir proteindir.
Mitoxondriya hüceyrələrdə enerji istehsalında əsas rol oynayır.
Normal şəraitdə PINK1 zədələnmiş mitoxondrilərin səthində toplanır və onları ubiquitin adlı kiçik bir proteinlə işarələyir və onların çıxarılması üçün siqnal verir. PINK1 mutasiyaları bu prosesi pozaraq, Parkinson xəstəliyinin inkişafının əsas amillərindən biri olan toksinlərin yığılmasına və beyin hüceyrələrinin ölümünə səbəb olur.
Parkinson xəstəliyinin xarakterik əlamətlərindən biri beyin hüceyrələrinin ölümüdür. İnsan bədənində təxminən 50 milyon hüceyrə ölür və hər dəqiqə yenisi ilə əvəzlənir, lakin beyin hüceyrələri son dərəcə yavaş bərpa olunur. Mitoxondriya zədələndikdə enerji istehsalını dayandırır və beyin hüceyrələrinə zərərli təsir göstərən toksinləri buraxmağa başlayır.
Sağlam bir orqanizmdə zədələnmiş mitoxondriyalar xüsusi bir proses vasitəsilə çıxarılır. Lakin PINK1 mutasiyaya uğradıqda bu mexanizm pozulur və zədələnmiş mitoxondriyalar hüceyrələrdə qalaraq onların ölümünə səbəb olur.
Tədqiqatın aparıcı müəllifi Dr. S. Kallegarinin sözlərinə görə, PINK1 dörd mərhələdə işləyir: əvvəlcə zədələnmiş mitoxondriləri tanıyır, sonra onlara yapışdırır və sonra Parkin zülalı vasitəsilə zədələnmiş mitoxondriyanın təkrar emal prosesini işə salan ubiquitin proteinini etiketləyir.
“İnsan PINK1-ni ilk dəfə zədələnmiş mitoxondrilərin səthində gördük. Biz indi Parkinson xəstəliyi ilə əlaqəli PINK1 mutasiyalarının bu prosesə necə təsir etdiyini də başa düşürük”, - deyə doktor Kallegari bildirib.
PINK1-in strukturunun kəşfi xəstəliyin gedişatını ləngidə və ya dayandıra biləcək yeni dərmanlara ümid verir. Alimlər ümid edirlər ki, gələcək tədqiqatlar Parkinson xəstəliyinin müalicəsində yeni dövr açaraq PINK1 mutasiyası olan insanlar üçün dərmanların hazırlanmasına kömək edəcək.
TuranİSMAYIL