AZ

Madridə qayıtmaq istəyir

“Komo”nun hücumameyilli yarımmüdafiəçisi Niko Paz qarşıdakı transfer pəncərəsində özünü yüksək səviyyəli klubda tapa bilər.

Futbolpress.az xəbər verir ki, “Komo” ötən ilin avqustunda futbolçunun hüquqlarının 50 faizini Madrid “Real”ından alıb. İnsayder Fabrizio Romanonun sözlərinə görə, Milanın “İnter” komandası perspektivli argentinalı oyunçunu transfer etməkdə çox maraqlıdır, lakin müqavilənin taleyi “kral klubu”nun əlində olacaq. 20 yaşlı futbolçunun arzusu Madridə qayıtmaqdır.

Paz A Seriyasında “Komo” ilə 26 matçda 6 qol vurub və 5 qola imza atıb. “Transfermarkt” yüksələn ulduzun dəyərini 20 milyon avro qiymətləndirir.

Seçilən
15
futbolpress.az

1Mənbələr