“Rusiya 30 günlük atəşkəsdən imtina edərsə, bu, onun sülhə hazır olmadığını nümayiş etdirəcək, razılaşarsa, atəşkəsə əməl olunmasına nəzarət mexanizmi yaradılacaq”.
7Times.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Serqey Leşşenko yerli mətbuata deyib.
Bundan əlavə, Leşşenko vurğulayıb ki, ABŞ və Ukraynanın ümumi baxışı var və əgər Rusiya atəşkəslə razılaşmasa, bu, daha sərt sanksiyaların tətbiqinə və beynəlxalq ictimaiyyət tərəfindən daha qəti addımlara səbəb ola bilər.
ABŞ Dövlət katibi Marko Rubionun Ciddədə Ukraynanın ərazi güzəştlərinin müzakirə edildiyi barədə dediklərini şərh edən Leşşenko bu haqda danışmağın tez olduğunu qeyd edib: “Bu barədə danışmaq hələ tezdir. Ciddədə Ukraynanın müharibəni bitirmək üçün xoş iradəsini nümayiş etdirən çox vacib şeylər əldə edildi”.
Bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio demişdi ki, ABŞ martın 11-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Ukraynanın ərazi güzəştləri məsələsini qaldırıb.
“AzPolitika.info”