Kanada hakimiyyəti ABŞ-nin polad və alüminiuma tətbiq etdiyi tariflərlə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun saytında yerləşdirilmiş məlumatda deyilir.
Mətndə qeyd olunub ki, Kanada ÜTT-dən ABŞ-nin Kanadadan müəyyən növ polad və alüminium məhsullarına idxal rüsumları tətbiq etməsi ilə bağlı Vaşinqtonla mübahisəsi ilə bağlı məsləhətləşmələr aparmağı xahiş edib.
Xatırladaq ki, martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən, demək olar ki, bütün məhsullara 25 % gömrük rüsumları tətbiq edib, həmçinin Çindən gələn mallara rüsumları 10 %-dən 20 %-ə qaldırıb.