Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Dəməşqdə keçid dövründə Suriya Prezidenti Əhməd Əş-Şaranın rəhbərliyi ilə bu ölkədən olan həmkarları ilə görüşüblər.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Əhməd Əş-Şaraa ilə yanaşı Suriyanın xarici işlər naziri Esad Hasan Şeybani, müdafiə naziri Murhef Ebu Kasra və Kəşfiyyat İdarəsinin rəhbəri Enes Hattab iştirak ediblər.
Tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.