"Sportinq"in ulduzu 2 Premyer Liqa klubunun "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "Arsenal" və "Çelsi" yay "transfer pəncərəsi"ndə Ousman Diomandeni transfer etmək üçün mübarizə aparır. Bu barədə "Caught Offside" məlumat yayıb.

Portuqaliya təmsilçisi futbolçunun satışından 50 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi 2024/25 mövsümündə Lissabon klubunun forması ilə 36 oyuna çıxıb və 2 qola imza atıb.