ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte keçmiş Amerika lideri Co Bayden haqqında danışıb gülüblər.
“İki sahil” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Belə ki, Tramp və Rutte təxminən bir saat jurnalistlərin suallarını cavablandırıb. Tədbir başa çatdıqdan sonra jurnalistlər artıq Oval kabineti tərk etməyə başlayıb, lakin kameralar açıq olub. Bu zaman NATO-nun Baş katibi əyilərək ABŞ Prezidentinə nəsə deyib.
Bu ifadədə “sələf” sözü və həm NATO nümayəndə heyətinin üzvləri, həm də Tramp komandasının üzvləri tərəfindən gülüşlə qarşılanan irad eşidilib.
“Deyərdim ki, indi mən jurnalistlərlə onun dörd ilində olduğundan daha çox vaxt keçirmişəm”, - Tramp bildirib.
Rutte zarafatla Trampın sözlərinə “İndi?” deyib, bundan sonra siyasətçilər gülüşüb.