"Birləşmiş Ştatlar Ukrayna ilə münaqişənin nizamlanmasından sonra hansı ərazilərin onda qalacağı, hansı əraziləri itirəcəyini, habelə bu barədə yekun razılaşmanın digər elementlərini müzakirə edir".
TASS-a istinadla xəbər verilir ki, bunu ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə NATO-nun baş katibi Mark Rütte ilə görüş zamanı jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ukrayna böhranının aradan qaldırılmasının birinci mərhələsi atəşkəsdir: "Bir çox ayrıca mövzulara artıq baxılıb. Biz ərazi konsepsiyasını müzakirə etdik, çünki bir şeyə gətirib çıxarmayacaqsa, atəşkəsə vaxt sərf etmək istəmirdik".
Mənbə: oxu.az