AZ

"Bavariya" 30 yaşlı futbolçu ilə 4 illik yeni müqavilə imzaladı - "Qürur duyuruq"

Almaniya Bundesliqasının iddialı klubu "Bavariya" 30 yaşlı alman yarımmüdafiəçi Coşua Kimmixin müqaviləsi uzadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib.

Bildirilib ki, yarımmüdafiəçi ilə 30 iyun 2029-cu ilə qədər yeni müqavilə imzalanıb: "Bu yay 30 yaşlı futbolçunun komandamızın üzvü olmasının 10 ili tamam olacaq. Onun bizim komandanın formasını geyinməsindən qürur duyuruq"

Fərid ASLAN
MİA.AZ

Seçilən
20
mia.az

1Mənbələr