AZ

ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır - Bessent 

ABŞ-nin maliyyə naziri Skott Bessent Rusiya-Ukrayna münaqişəsinin həlli üçün zəruri olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə sərtləşdirməyə hazır olduqlarının bir daha xatırladıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə o, CNBC telekanalına bildirib.

“10 ballıq şkala ilə qiymətləndirsək, hesab edirəm ki, Bayden administrasiyasının Rusiyaya qarşı sanksiyalarını 3-ə bərabər olardı, səlahiyyət müddətinin sonuna yaxın isə onları 6-ya çatdırdılar. Sizi əmin edirəm ki, çəkinmədən onları 10-a qaldırarıq”, - Bessent deyib.

O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp zərurət halında həm Kiyevə, həm də Moskvaya təzyiq göstərməyə hazır olduğu barədə xəbərdarlıq edib.

Martın əvvəlində Bessent Ukraynada döyüşlərin dayandırılmasına kömək edəcəyi halda Rusiyanın energetika sahəsinə qarşı sanksiyaları gücləndirməyə hazır olduğunu söyləmişdi.

Seçilən
9
olke.az

1Mənbələr