AZ

Qəzada ölən TƏBİB əməkdaşı 2 gündür işə başlayıbmış -

Qəzaya düşən TƏBİB-in əməkdaşı Sevil Abdullazadənin 2 gün öncə işə düzəldiyi məlum olub.

Metbuat.az azxeber.com-a istinadən xəbər verir ki, hadisə gənc xanımın yeni işə başlamasını qeyd etdiyi gün baş verib.

Belə ki, gənc xanım iki gün öncə işə düzəlib və bunu qeyd edib evə qayıdarkən dəhşətli qəzaya düşüb.

Hadisə 12 mart saat 22:30 radələrində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən iki avtomobil qarşı yoldan gələn maşınla toqquşub və nəticədə zəncirvari qəza baş verib.

Hadisə şahidinin məlumatına görə, taksi sürücülərindən birinin səhlənkarlığı nəticəsində hadisə baş verib.

Qeyd edək ki, Sevil 2002-ci ildə Qazax rayonunda anadan olub. 2019-cu ildə 600-dən çox bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Sevil Abdullazadə TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi olub.

Seçilən
26
3
metbuat.az

5Mənbələr