AZ

Zaxarovanın sözlərinə görə rusiyalı səfirə nota verildi

İtaliyanın xarici işlər naziri Antonio Tayani Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın İtaliya prezidenti Serco Mattarella ilə bağlı tənqidindən sonra Rusiya səfirini nazirliyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Tayani X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Ona görə də mən Rusiya səfirini çağırmaq qərarına gəldim", - deyə nazir yazıb.

Mattarella daha əvvəl bəyan etmişdi ki, Rusiya Avropanı nüvə silahı ilə hədələyir. Onun sözlərini şərh edən Mariya Zaxarova onları “yalan, saxtakarlıq, dezinformasiya” adlandırıb. O, həmçinin qeyd edib ki, siyasətçilər bu cür bəyanatlara görə məsuliyyət daşımalıdırlar.

Seçilən
22
4
unikal.az

6Mənbələr