AZ

Trampın gəlişi milyarderlər üçün düşərli olmadı

ABŞ Prezidenti Donald Trampın iqtisadi siyasəti dünyanın ən zəngin insanlarının ilin əvvəlindən bəri 250 trilyon dollar itirməsinə səbəb olub. Metbuat.az xəbər verir ki, Trampın həmlələri ticarət gərginliyini və qeyri-müəyyənlikləri artırıb. Dünyanın ən varlı adamları sırasında olan səkkiz amerikalı milyarder Tramp vəzifəyə gəldikdən sonra şəxsi sərvətlərindən 250 milyard dollardan çox itirib. Ən çox pul itirən Trampın seçilməsi üçün fəal işləyən iş adamı İlon Mask olub. Şəxsi sərvəti Tesla, SpaceX, “The Boring Company” və X platforması kimi şirkətlərdəki payı ilə 486 milyard dollara çataraq rekord qıran Mask, Tramp vəzifəyə gəldikdən sonra 130 milyard dollar zərər edib. Maskın sərvətinin azalması Teslanın səhmlərinin qiymətinin düşməsi, investorların narahatlığı və əsas bazarlarda satışların azalması ilə bağlı olub.

Amazon qurucusu Ceff Bezos da 20 milyard dollar itirib. Bezosun itkisi Amazon səhmlərinin 11 faiz ucuzlaşmasından qaynaqlanıb. “Dell”, “Google” və “Nvidia” şirkətlərinin qurucuları da xeyli zərər ediblər.

Seçilən
13
metbuat.az

1Mənbələr