AZ

Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazandı Azərbaycan yunan-Roma güləşçiləri

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb və 1:3 hesabıyla məğlub olub.

Beləliklə, Babaşov qitə birinciliyini gümüş medalla başa vurub.

Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə heç bir şans tanımayıb (8:0) və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xasay Həsənli (77 kq) gündüz seansında təsəlliverici görüşə çıxıb. Güləşçimiz bolqarıstanlı Albert Doyevi 7:3 hesabıyla üstələyib.

Həsənli axşam seansında isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medala sahib çıxıb.

Seçilən
62
14
sportinfo.az

10Mənbələr