Vladimir Putin indi faktiki olaraq ABŞ-nin müharibədə 30 günlük atəşkəs təklifindən imtina etməyə hazırlaşır.
APA “Unian”a istinadən xəbər verir ki, bunui Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Biz indi hamımız Rusiyadan cəbhədə sakitlik ideyasına cavab olaraq Putindən çox proqnozlaşdırıla bilən, manipulyasiya xarakterli sözlər eşitdik. O, faktiki olaraq atəşkəsdən indidən imtina hazırlaşır. Putin, təbii ki, prezident Trampa bu müharibəni davam etdirmək istədiyini, ukraynalıları öldürmək istədiyini birbaşa söyləməkdən qorxur”, - Zelenski qeyd edib.
Zelenskinin sözlərinə görə, Putin tez-tez oxşar taktikalara əl atır.