AZ

Nəriman Abbasov Bakıda revanş döyüşü keçirə bilər

Bakı. Trend:

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov, rusiyalı MarifPirayevlə Bakıda revanş döyüşü keçirmək istəyir.

Trend xəbər verirki, bu barədə Nəriman Abbasovun məşqçisi Şəhriyar Abbasov məlumatverib.

O, döyüşçülər arasında Bakıda üçüncü döyüşü təşkil etməkistədiklərini və hazırda bu istiqamətdə danışıqlar apardıqlarınıbildirib. Abbasov, görüş üçün dəstək alındığı təqdirdə, döyüşünmütləq Bakıda təşkil ediləcəyini vurğulayıb. Məşqçi, bununazərbaycanlı MMA həvəskarları arasında böyük maraq yaradacağınaəmin olduğunu qeyd edib.

Xatırladaq ki, Nəriman Abbasov 2024-cü ilin dekabrında Moskvadakeçirilən döyüşdə hakimlərin qərarı ilə Marif Pirayevə uduzmuşdu.Abbasovun məşqçilər korpusu nəticədən narazı qaldıqlarınıbildirərək, döyüşün pankration üzrə hakimlər tərəfindən idarəedildiyini vurğulamışdılar.

Əvvəlki döyüşdə isə 2022-ci ilin iyununda AMC Fight Nightstəşkilatının təşkil etdiyi görüşdə Nəriman Abbasov qalib gəlib.

Seçilən
8
az.trend.az

1Mənbələr