ABŞ Çinin Panama kanalı üzərində təsirini azaltmaq üçün Panamada hərbi mövcudluğunu artıra bilər.
Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadla NBC telekanalı məlumat yayıb.
“Ağ Ev ABŞ Ordusuna Prezident Trampın Panama kanalını “geri almaq” məqsədinə nail olmaq üçün Panamada ABŞ qoşunlarının mövcudluğunu artırmaq variantlarını təklif etməyi tapşırıb”, - bəyanatda deyilib.
Qeyd olunub ki, Pentaqon müxtəlif variantlar üzərində işləyir - Panama ordusu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsindən tutmuş kanalın ələ keçirilməsinə qədər. Üstəlik, güc tətbiqinə yalnız Panama rəhbərliyi əməkdaşlıqdan imtina etdikdə icazə verilir.