AZ

Aprelin 1-dən bu sənəd

Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız onlayn qaydada //e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, proses AYNA informasiya sisteminə inteqrasiya olunan “Fərqlənmə nişanı” altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən “Fərqlənmə nişanı”nın alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş ASAN İmza ilə mümkün olacaq. Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün “İstifadəçi təlimatları” hazırlanıb.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Seçilən
87
18
metbuat.az

10Mənbələr