Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gediblər.
Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, onlar Dəməşqdə bir sıra rəsmi görüşlər keçirəcəklər. \\Axar.Az
***
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və MİT sədri İbrahim Kalın Dəməşqdə Suriya Prezidenti Əhməd Əş-Şaranın rəhbərliyi ilə bu ölkədən olan həmkarları ilə görüşüblər.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Əhməd əş-Şara ilə yanaşı, Suriyanın xarici işlər naziri Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Kəsra və Kəşfiyyat İdarəsinin rəhbəri Enes Xəttab iştirak ediblər.
Tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.